• 23 Noyabr 2024 23:13

Səfirlik Rusiyada saxlanılan azərbaycanlı vəkillə maraqlanırmı? – AÇIQLAMA

Tanınmış azərbaycanlı vəkil Elman Paşayevin Rusiyada saxlanılması hələ də müzakirə olunur.

 

Azərbaycanın Rusiyadakı səfirliyi həmvətənlimizlə yaxından maraqlanırmı? Onunla vəkili vasitəsi ilə əlaqə saxlanılırmı?

 

Tacxeber.com xəbər verir ki, Globalinfo.az-a danışan Rusiyada yaşayan və adının çəkilməsini istəməyən soydaşımız səfirliyin E.Paşayevlə maraqlandığını bildirib.

 

Onun sözlərinə görə, vəkil Rusiya vətəndaşı olduğu üçün heç bir addım atmaq mümkün olmur:

“Bilirsiniz, hər ölkənin öz qanunları var. Biz özümüz də Elman Paşayevlə maraqlanırıq. Açığı, bildiyimiz qədər səfirlik özü də bu işlə maraqlanır. Elman bəy azərbaycanlıdır, amma Rusiya vətəndaşıdır. O, burada saxlanıldığı üçün də səfirlik müdaxilə edə bilməz. Normalda Azərbaycan vətəndaşları saxlanılan zaman konsulluğumuz gedir, məsələni araşdırır və qanuni yolla onların ölkəyə qaytarılmasını təmin edir. Biz də vətəndaş olaraq həmyerlilərimizlə maraqlanırıq, lakin qanuna heç cür müdaxilə edə bilmirik”.

 

Xatırladaq ki, Rusiyada yaşayan azərbaycanlı keçmiş vəkil Elman Paşayev Ukraynaya qarşı xüsusi əməliyyatda iştirak edən məhbuslara pul qarşılığında arxa cəbhədə oturmağı təklif etməkdə şübhəli bilinir.

 

Müstəntiqlərin fikrincə, o, Aleksey Blinovskinin ərini inandırıb ki, onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edəcək. Məsələni həll etmək üçün Blinovski keçmiş vəkilə azı 18,5 milyon rubl və 300 min dollar pul köçürüb.

Tacxeber.com

Oxşar xəbərlər