• 23 Noyabr 2024 07:08

Müharibədə məhv edilmiş erməni əsgərlərlə bağlı qalmaqal

Müharibədə məhv edilmiş erməni əsgərlərlə bağlı qalmaqal

Ermənistanın Kotayk əyalətinin Məhkəməsi 44 günlük müharibə zamanı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmiş erməni hərbçilərin meyitlərinin Abovyan morqunun zirzəmisinə çuvallarla atılması ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi qərarından verilən apellyasiya şikayətini təmin etməyib.

Tacxeber.az xəbər verir ki, bu barədə şikayət ərizəsi ilə çıxış edən vəkil Qarik Qalikyan məlumat verib.

Lakin bununla yanaşı vəkil hələlik məhkəmə qərarı almadığını qeyd edib.

Xatırladaq ki, erməni əsgərlərinin təhqir olunması müharibədən 7 ay sonra, 2021-ci il mayın 31-də həlak olan hərbçilərin yaxınları tərəfindən aşkarlanıb. Həmin günlərdə hökumət ölənlər və itkin düşənlər haqqında rəqəmləri gizli saxlayırdı.

İlk olaraq Ermənistanın Baş Prokurorluğu insidentlə bağlı cinayət işi açıb, Baş nazir Nikol Paşinyanın göstərişi ilə araşdırma aparılıb, bəzi valideynlər dindirilib, lakin İstintaq Komitəsi cinayət işini dayandırıb.

Qeyd edək ki, məhv edilmiş hərbçilərin valideynləri oğullarının meyitlərinin və qalıqlarının bu formada Abovyan morqunun zirzəmisində saxlanmasına görə məsuliyyətə cəlb olunmasını tələb edirlər.(Report)

Tacxeber.az

Oxşar xəbərlər