• 23 Noyabr 2024 18:20

Serbiya lideri: “Ərdoğan ailəmdən kim xəstələnsə, dərhal zəng edər…” – “Türkiyə Balkanlarda ən böyük gücə sahibdir”

 

“Türkiyə Balkan bölgəsində ən böyük güc və rola sahibdir. Ona görə də sülh və sabitlik proseslərində Türkiyənin dəstəyini gözləyirik”.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Belqradda Türkiyı Prezidenti Ərdoğanla birgə brifinq keçirən Serbiya prezidenti Aleksandar Vucic deyib.

 

Prezident Ərdoğanın səfərinin ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyini sözlərinə əlavə edən Vuçiç bildirib ki, bu gün çox mühim möczuları ümzakirə ediblər.

 

Vuçiç iki ölkənin Avropa İttifaqına (Aİ) üzvlük proseslərini də dəyərləndirdiyindən söz açıb, deyib ki, hər zaman Ərdoğandan çox şey öyrənir: “Görüşlərimizin Serbiya və Serb xalqına da fayda verəcəyini əminəm İki ölkə arasında iqtisadi əlaqələri kifayət qədər yaxşılaşıb. Ticarət həcmi son bir neçə ildə 7 dəfə artıb. Ərdoğan bizim üçün 5 milyard avro hədəf qoymuşdu. 8 ay içində 2 milyard avronu keçdik. Qalan aylarda da 2.6 milyardlıq ticarətimiz olacaq. Yni, demək olar ki, 5 milyardlıq hədəfə çatacağıq. Deyim ki, Türkiyə dostluq əlaqələrinin qurulmasına önəm verdiyimiz bir ölkədir. Bu, həm siyasi, həm iqtisadi, həm Avrasiya səviyyəsində, həm də qlobal miqyasda əhəmiyyətlidir”.

 

Türkiyə ilə güclü siyasi və iqtisadi əlaqələr inkişaf etdirmək istədiklərini ifadə edən Vuçiçin sözlərinə görə, bunun üçün birgə iradə var: “Biz Türkiyə vətəndaşlarının və xalqının maraqları naminə müstəqil idarə olunan ölkəyə rəhbərlik edən Ərdoğanın siyasi mövqeyini yüksək qiymətləndiririk. Cənab Ərdoğan tezliklə Serbiyaya yenidən səfər edəcək. Türkiyə Balkanlarda ən böyük gücə və rola malik ölkədir. Ona görə də sülh və sabitlik proseslərində Türkiyənin dəstəyini gözləyirik. Çünki Prezident Ərdoğan Balkanlardakı problemləri çox yaxşı anlayır və hər zaman problemlərin yeganə həll yolunun dialoq olduğunu deyir”.

 

Prezident Ərdoğanın həm də çox yaxşı dost olduğunu xüsusi qabardan Serbiya lideri bildirib ki, ailəsində kimsə xəstələnən kimi, Ərdoğandan zəng alır: “Ailəmdə kimsə xəstədirsə, dərhal zəng edəcək. Belə düşüncəli insanlar çox nadirdir. Mənim həyatımda demək olar ki, yoxdur”.

 

O, daha sonra Türkiyənin keçmişi ilə bu gününü müqayisə edib: “Görün, Türkiyə Prezident Ərdoğan iqtidara gəlməmişdən əvvəl necə göründü, indi necədir. O, ölkəsinin simasını dəyişdi. Bu gün Türkiyə dünyanın ən müasir ölkələrindən biridir”.

Tacxeber.com

Oxşar xəbərlər