Bayden İrana xəbərdarlıq etdi: “İstənilən sui-qəsd müharibə səbəbi olacaq”
ABŞ prezidenti Co Bayden Milli Təhlükəsizlik Şurasına İran hakimiyyətini keçmiş prezident Donald Trampa və keçmiş Amerika rəsmilərinə qarşı sui-qəsdlərə qarşı xəbərdar etməyi tapşırıb.
Tacxeber.com “Politico”ya istinadən xəbər verir ki, Bayden Vaşinqtonun istənilən sui-qəsdi müharibə aktı hesab edəcəyini bildirib.
Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Saveti də İrana xəbərdarlıq edib:
“Biz bunu ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi hesab edirik və İranı bu təhdidlərə görə şiddətlə qınayırıq. Əgər İran vətəndaşlarımızdan hər hansı birinə, o cümlədən ABŞ-a xidmət etməyə davam edən və ya əvvəllər xidmət etmiş şəxslərə hücum edərsə, ciddi nəticələrlə üzləşəcək”.