• 23 Noyabr 2024 01:53

Son vaxtlar məhşurlaşan “A-frame” tipli evlərə “kupça” verilmir? – VİDEO

Son zamanalar Bakıda və bölgələrdə məhşurlaşan “A-frame” evlərin sayı artıb. Bu evlərə maraq çox olsa da, sənədləşmə məsələsi müşkülə çevrilib.

 

Bəs bu tip evlərə niyə çıxarış verilmir?

 

Tacxeber.com Fed.az-a istinadən xəbər verir ki, bu tip ev tikdirən vətəndaşların evinə sənəd almaq məsələsi müşkül problem olub. Öz evlərinə qeydiyyata düşə bilmirlər, tikilini sığortalamaq mümkün olmur.

 

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, bu evlərə çıxarış verilməməsinin başlıca səbəbi qanundakı boşluqdur.

 

Maraqlısı isə odur ki, bu tip evlər çıxarışla təmin olunmasa da, kommunal xidmətlərə qoşulmağa icazə verilir. Burada isə belə bir sual ortaya çıxır: əgər çıxarış verilməyəcəksə, bu evlərin tikilməsinə niyə icazə verilir?

 

Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmisi Elmar Yaqubov bildirdi ki, “A-frame” evlər fərdi yaşayış evi kimi əsaslı tikinti işləri aparılmaqla daşınmaz əmlak olaraq inşa edilibsə, müvafiq sənədlə, yəni çıxarışla təmin edilir. Yox, əgər yüngül konstruksiyadan müvəqqəti tikili kimi inşa edilibsə, daşınmaz əmlak hesab olunmadığı üçün dövlət reyestrində hüquq predmeti deyil.

Tacxeber.com

 

Oxşar xəbərlər