• 31 Oktyabr 2024 12:25

Ata və oğul müharibənin ən qızğın anlarında, güllələr altında görüşdülər – Video

Ata və oğul müharibənin ən qızğın anlarında, güllələr altında görüşdülər - Video

Birinci Qarabağ müharibəsində 18 yaşlı əsgər kimi iştirak edən Kamil Duniyev 30 il sonra oğlu ilə birlikdə Vətən müharibəsində iştirak edib.

 

Bu gün onların hər ikisinin müharibə xatirələri bir fotoalbomda toplanıb.

 

Peşəkar hərbi biliklərə yiyələnən K.Duniyev 2020-ci il Vətən müharibəsi zamanı polkovnik-leytenant rütbəsində Birinci Qarabağ müharibəsində əsgəri olduğu hərbi hissəyə komandir təyin edilir.

 

Hərbi çağırışçı, sıravi Səfər Duniyev isə onunla eyni cəbhədə, Talış-Suqovuşan istiqamətində əsgər kimi döyüşlərə qatılır.

 

Onlar ön cəbhənin ayrı-ayrı istiqamətlərində vuruşsalar da, müharibənin ən qızğın anlarında, güllələr altında görüşə bilirlər.

 

“Müharibənin ilk günlərində Talış kəndi alınandan sonra təsadüf nəticəsində atamla qarşılaşdıq və görüşdük. Atam mənə evin tək oğlu olduğumu, bu səbəbdən mənə arxa təminatda qalmağımı bildirdi. Mən isə döyüş yoldaşlarımla bir yerdə müharibədə iştirak edəcəyimi söylədim”, – deyə müharibə iştirakçısı Səfər Duniyev bildirib.

 

Döyüşlər zamanı Talış kəndi ərazisində düşmənin basdırdığı minanın partlaması nəticəsində ata K.Duniyev ağır yaralanır, ayağının biri amputasiya edilir. Digər yaralarına görə isə hazırda da müalicə alır.

 

Polkovnik-leytenant Kamil Duniyev işğaldan azad olunan hər daşın, hər ağacın indi üçrəngli bayrağımızla bütövləşdiyini görməsini 30 illik hərb həyatının ən böyük mənası sayır.

 

Bu gün isə hər iki qazi, hər iki döyüşçü Vətən şəhidlərini ziyarət etməyi özlərinin müqəddəs borcu hesab edirlər.

 

Daha ətraflı Baku TV-nin materialında:

Tacxeber.com

Oxşar xəbərlər