• 18 Oktyabr 2024 21:27

Netanyahu: “Bunu açıq deyirəm: Livanın hər yerini vuracağıq”

 

“Hər kəs bilsin ki, “Hizbullah”a amansız formada hücum davam edəcək”

 

Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu sərt bəyanatı İsrailin baş naziri Benyamin Netanyahu ötən gün PUA-larla hücumun olduğu Hayfa şəhərinin cənubundakı hərbi hissədə olarkən deyib.

 

Burada çıxış edən Netanyahu Livana hücumdan əsla vaz keçməyəcəklərini bəyan edib: “Bunu burada açıq şəkildə deyirəm: Beyrut da daxil olmaqla, Livanın hər yerində “Hizbullah”ı amansız formada vuracağıq”.

 

Xatırladaq ki, “Hizbullah”ın dünən Hayfadakı hərbi hissəyə hücumunda 4 əsgər həyatını itirib, 58-i yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər