• 24 Noyabr 2024 17:16

Koreyalı döyüşçülər Rusiyadakı mövqelərindən qaçdılar

Rusiyanın Şimali Koreya hərbçilərindən ibarət yaratdığı Buryat batalyonunun 18 döyüşçsü Bryansk və Kursk vilayətlərindəki döyüş mövqelərindən qaçıb.

 

Bu barədə Ukrayna mətbuatı xüsusi xidmət orqanlarına istinadla məlumat yayıb.

 

Məlumata görə, hərbçilərin tərk etdikləri mövqeləri Ukrayna sərhədinin 7 kilometrliyində yerləşir.

 

Şimali koreyalı hərbçilərin qaçma səbəbləri bəlli deyil. Bildirilib ki, artıq onların axtarışına başlanılıb.

 

Qeyd edək ki, Rusiya ordusunun 11-ci əlahiddə desant-hücum briqadasının bazasında Şimali Koreya vətəndaşlarından ibarət xüsusi Buryat batalyonunun yaradıldığı barədə məlumat verilmişdi. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər