Kobaxidze Borrellin Gürcüstanı Moldova ilə müqayisə etməsini təhqir ADLANDIRDI
Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin Moldova ilə müqayisəsini təhqiramiz adlandırıb.
Tacxeber.com xəbər verir ki, bunu Gürcüstanın baş naziri keçirdiyi brifinq zamanı deyib.
“Gürcüstanı Moldova ilə müqayisə etməyə gəlincə, bu, tamamilə təhqirdir. Gürcüstan istər demokratiya, istər insan haqları, istərsə də iqtisadiyyat baxımından Moldovanı hər cəhətdən qabaqlayır. Bizdə daha güclü dövlət qurumları var. Xatırlatmaq istərdim ki, Moldovada partiyalar və media qadağan edilib, siyasi və media plüralizmi yoxdur”, – Kobaxidze vurğulayıb.
Gürcüstanın baş nazirinin sözlərinə görə, hakimiyyət müvəqqəti xarakter daşıdığı üçün bu cür bəyanatlara xüsusi əhəmiyyət verməyəcək və Ukraynada münaqişə bitən kimi Gürcüstanın Aİ ilə münasibətləri bərpa olunacaq.