2 ay açıq dənizdə qalan kişi nə yeyib?
67 gün Oxot dənizində qayıqda qalan və dünən xilas Mixail Piçuqin necə sağ qalmasını danışıb.
Tacxeber.com “Medicina”ya istinadən xəbər verir ki, qardaşı və qardaşı oğlu ilə 3 nəfər qayıqla 2 həftəlik səyahətə çıxıblar.
“Su və qida ehtiyatı iki həftə üçün nəzərdə tutulmuşdu. Bundan sonra yağış suyunu toplamalı oldum. Üstəlik noxudu isladıb istifadə etməli idim ki, uzun müddət çatsın”, – deyə M.Piçuqin bildirib.
M.Piçuqin əlavə edib ki, lövbər ona tufan zamanı batmamağa kömək edib.