• 22 Noyabr 2024 09:54

Bitkoin yenidən bahalaşır – Səbəb

Son günlər kriptovalyuta bazarında yenidən canlanma yaşanır. Bitkoinin qiyməti iyul ayından bəri ən yüksək səviyyəyə çatıb.

 

Bəs kriptovalyuta bazarında bahalaşmaya səbəb nədir?

 

Bu barədə Moderator.az-a açıqlama verən kriptovalyuta üzrə ekspert Elnur Quliyev vurğulayır ki, Bitkoin oktyabrın 17-i 67.000 dollarlıq həddi keçərək 67.699 dollara qədər bahlaşmağı bacardı:

 

“Bahalaşmaya əsas səbəb Çin hakimiyyətinin stimullaşdırıcı tədbirlərin genişləndirilməsi gözləntiləri ilə bağlı Asiya fond bazarlarının müsbət dinamikası olub. Bundan əlavə, Trampın seçkilərdə qalib gəlmə şansının artması və kriptovalyuta fondlarına (ETF) yenidən investisiya daxilolmaları xəbərləri kriptovalyuta bazarında qiymətlərin artmasına təsir edib. Hazırda texniki göstəricilər müsbət siqnallar verir. Əgər Bitkoin 69.000 dollardan yuxarı konsolidasiya etməyi bacararsa, bu, daha yüksək vaxt çərçivələrində əhəmiyyətli struktur dəyişikliklərinə səbəb ola bilər”.

 

 Elnur Quliyev hesab edir ki, investorlar ehtiyyatlı olmalıdır:

 

“İran-İsrail münasibətlərinin gərginləşməsi kriptovalyuta bazarında qiymətlərinə öz təsirini göstərsə də, əslində bu iki ölkə kripto-sektor üçün elə də əhmiyyətli ölkələr deyil. Sadəcə kriptovalyuta bazarında qiymətlərə nəzarət edən “kripto balinalar” bu cür hadisələrdən istifadə edərək bitkoin və digər rəqəmsal aktivlərin dəyərinin tənzimləyirlər. Adətən bitkoin hər dəfə maksimum qiymət həddinə çatdıqdan sonra ciddi korreksiyya məruz qalır”.  (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər