• 18 Oktyabr 2024 16:21

Tramp müharibəyə görə Zelenskini günahlandırdı: “Ukrayna uduzub” – VİDEO

“Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin başlamasına imkan verməməli idi”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp “YouTuber” Patrik Bet-David-ə müsahibəsində deyib.

 

Tramp yenidən Zelenskini indiyə qədər gördüyü ən yaxşı “tacir” adlandırıb və qeyd edib ki, ABŞ Ukraynanı dəstəkləmək üçün külli miqdarda pul xərcləyir:

 

“Tarixdə bu qədər pulu başqa kim alıb? Belə bir şey heç vaxt olmayıb. Və bu o demək deyil ki, mən Zelenskiyə kömək etmək istəmirəm. Çünki ukraynalılara görə çox pis oluram. Ancaq Zelenski bu müharibənin başlanmasına icazə verməməli idi. Bu müharibəni uduzublar”.


Tacxeber.com

Oxşar xəbərlər