• 18 Oktyabr 2024 17:16

“Camaat suyu şırhaşır açır” deyən deputatın 10 minlik çantası – VİDEO

 

Aparıcı, “TV Musavat”ın rəhbəri Sevinc Telmanqızı “Səhər Xəbər” verilişində Milli Məclisin deputatı Hicran Hüseynovanı sərt tənqid edib.

 

Tacxeber.com xəbər verir ki, S. Telmanqızı rayon camaatını israfda ittiham edən deputatın 10 min manatlıq çantasına diqqət çəkib.

 

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş “Su və gender bərabərliyi” mövzusunda konfransda qalmaqala səbəb olan açıqlama ilə çıxış edib:

 

“Rayonlarda görürsən ki, suyu şırhaşır açırlar. Bir tərəfdən isə deyirik ki, su qıtlığı var, digər tərəfdən də belə edirlər. Məişətdə hansısa qadın sudan istifadə edir, halbuki evlərdə sayğaclar var, fikirləşmirlər ki, suyu açdımsa, bağlamalıyam. Maddi cəhətdən problem yaratsaydı, su israfını düşünərdilər. Çağırış etmirəm ki, qiyməti qaldıraq. Sadəcə, maarifləndirmə lazımdır. Ölkədə bu məsələyə ciddi diqqət var. Xüsusi istiqamət təyin olunub”./Musavat.com

Ətraflı videoda:

Tacxeber.com

Oxşar xəbərlər