• 18 Oktyabr 2024 19:26

4 meyxanaçı 1 Xalq artistinə qarşı birləşdi

 

Xəzər TV-də Mətanət Əliverdiyevanın “Xəzər axşamı” verilişində “Meyxana da, muğam da özümüzündür” qafiyəsinə meyxana deyilib.

 

Tacxeber.com news24.az-a istinadla xəbər verir ki, onun ifaçıları Cahangeşt Balaxanı, Balaəli Maştağalı, Ruslan Müşviqabadlı və Mirfərid Zirəli olub.

 

Meyxanaçıların hər biri öz bəndində Azərbaycan xalqın birliyə səsləyib.

 

Xatırladaq ki, bir müddət öncə Xalq artisti Zabit Nəbizadə meyxanaçıları muğam oxuduğu üçün qınamışdı. Öz növbəsində, onlar da xanəndənin fikirlərinə hörmətlə yanaşdıqlarını bildirmişdilər.

Tacxeber.com

Oxşar xəbərlər