• 24 Noyabr 2024 14:41

Ukrayna da nüvə silahına sahib ölkə idi amma ….

SSRİ dağıldıqdan sonra Ukrayna böyük nüvə silahı ehtiyatlarına malik oldu.

 

Tacxeber.com xəbər verir ki, bu ölkənin ərazisində hər biri altı döyüş başlığı olan 130 ədəd UR-100N qitələrarası ballistik raket, hər biri on döyüş başlığı olan 46 ədəd RT-23 “Molodets” raketi və 38 ağır bombardmançı yerləşirdi.

 

Bundan başqa bu keçmiş Sovet respublikasinda SSRİ Silahlı Qüvvələrinin Strateji Raket Qüvvələrinin keçmiş 43-cü raket ordusunun birləşmələri də bazalaşmışdı.

 

Lakin 1996-cı ilə qədər Budapeşt Memorandumu çərçivəsində bütün döyüş başlıqları, o cümlədən taktiki silahlar, Ukraynadan çıxarıldı. Bu sənəd SSRİ-nin dağılmasından sonra Ukraynada qalan sovet nüvə silahları ilə bağlı uzunmüddətli danışıqları başa çatdırdı.

 

Nəticədə təxminən 2000 ədəd nüvə silahı daha sonra məhv edilmək adı altında Ukraynadan çıxarıldı və strateji raketlərin şaxta buraxılış qurğuları demontaj edildi.

Tacxeber.com

Oxşar xəbərlər