Azərbaycanlı aktyorun ölkədən çıxışı qadağan edilir – FOTO
Tanınmış aktyor və bloqer Emil Musayev məhkəməyə verilib.
Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, buna səbəb onun fərdi sahibkar fonda olan borcları ilə bağlıdır. Belə ki, sənətçi yaranmış vergi borclarını müəyyən vaxt keçməsinə baxmayaraq, ödəməyib.
Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi onun barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət edib. Şikayətdə onun vergiləri ödəmədiyi təqdirdə ölkədən çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunub.
Müraciətə hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.