• 23 Noyabr 2024 22:07

Putin Ukrayna ilə bağlı danışıqlar üçün “uyğun yer”in hara olduğunu bildirdi.

“Rusiya Ukrayna ilə bağlı danışıqların Səudiyyə Ərəbistanında keçirməyə hazırdır. Lakin hələlik danışıqlar məsələsi gündəmdə deyil” bunu  prezident Vladimir Putin BRİKS ölkələrinin KİV rəhbərləri ilə görüşdə bildirib.

 

Tacxeber.com xəbər verir ki, Rusiya rəhbəri öz nitqində bildirib – “Biz Səudiyyə Ərəbistanını bizə dost ölkə kimi görürük. Mənim kral ilə çox yaxşı münasibətlərim var, vəliəhd şahzadə ilə də dostluq və yoldaşlıq münasibətlərim də mövcuddur. Əminəm ki, Səudiyyə Ərəbistanı bu istiqamətdə gördüyü işlərdə səmimidir. Bu barədə heç bir şübhəm yoxdur. Buna görə də, əgər belə tədbirlər Səudiyyə Ərəbistanında təşkil olunsa, əlbəttə ki, bu yer bizim üçün olduqca uyğundur. Lakin məsələ bunda deyil. Məsələ danışıqlarda nəyin müzakirə olunacağındadır”.

 

Xatırladırıq ki, Səudiyyə Ərəbistanı 2022-ci ilin sentyabr ayında münaqişə tərəfləri arasında əsirlərin mübadiləsində birbaşa iştirak edib. Daha sonra isə 2023-cü ilin avqustunda Ciddə şəhərində Ukrayna müharibəsinin həlli ilə bağlı sammit keçirilmişdi və bu tədbirdə 40 ölkə iştirak edin. Qeyd edək ki, sammitə Çin  də qatılmışdı amma Rusiya dəvət olunmamışdı bu tədbirə.  Daha sonra 2023-cü ilin sonunda G7 ölkələrinin milli təhlükəsizlik üzrə müşavirlərinin iştirakı ilə gizli görüş baş vermişdi Ər-Riyadda və bu görüşdə Ukrayna münaqişəsinin sülh yolu ilə həlli və Rusiya ilə potensial əməkdaşlıq prinsipləri müzakirə edilmişdi.

Tacxeber.com

Oxşar xəbərlər