• 19 Oktyabr 2024 01:18

Tağı Əhmədov vəfat etdi

“Bakı Metropoliteni” QSC-nin keçmiş sədri Tağı Əhmədov vəfat edib.

 

Tacxeber.com xəbər veriri ki, barədə sosial şəbəkələrdə xəbər yayılıb.

 

Xatırladaq ki, Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.

 

1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.

1997-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantı olub. Texnika elmləri namizədi elmi dərəcəsini alıb.

 

1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışıb.

“Şöhrət” ordeni və ” Əməkdar mühəndisi” fəxri adı ilə təltif edilib. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.

Tacxeber.com

Oxşar xəbərlər