• 24 Noyabr 2024 10:48

Cənubi Koreyadan sensasiyalı iddia: “Şimal Koreya Rusiyaya yardım üçün 1500 əsgər göndərib, daha 10 min də…”

“Şimali Koreya Ukraynaya ilə müharibədə Rusiyaya dəstək üçün əlavə təxminən 10 min əsgər göndərməyə hazırlaşır”.

 

Tacxeber.com xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidməti bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, artıq Rusiyaya yola çıxacaq 10 inədək hərbçi son hazırlıq mərhələsindədir: “Bundan əvvəl isə təqribən 1500 Şimali Koreya əsgəri Ukrayna ilə cəbhəyə göndərilmək üçün Rusiyaya göndərilib. Onlar hazırda Rusiya ərazisində təlim keçirlər. Rusiya onların hər birini öz ordusunun forma və silahları ilə təmin edir, saxta şəxsiyyət vəsiqələri verir. Məqsəd onları yerli kimi təqdim etməkdir. Hazırda 10 minədək hərbçi də yola çıxmaq üzrədir”.

 

Qeyd edək ki, Cənubi Koreyanın müdafiə naziri Kim Yong-hyun ötən həftə parlamentdə çıxışında Şimali Koreyanın Rusiya ilə  imzaladığı strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində Ukraynaya qoşun yeridəcəyini söyləmişdi.

Tacxeber.com

Oxşar xəbərlər