• 24 Noyabr 2024 13:58

“Mənə kim sifariş edə bilər ki?” – Qurban Qurbanov

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin direktoru İlqar Qurbanovun “Əvvəl milliyə sifarişlə futbolçular cəlb olunurdu” açıqlaması ilə bağlı ona ünvanlanan suala cavab verib.

 

Tacxeber.com xəbər verir ki, təcrübəli mütəxəssis millidə baş məşqçi kimi çalışdığı dönəmdə belə bir şeylə üzləşmədiyini bildirib:

 

“Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır. Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram. Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb”./Qafqazinfo

Tacxeber.com

Oxşar xəbərlər