“The Telegraph” almaniyalı baş məşqçi Tomas Tuxelin “Çelsi”dən qovulmasının səbəbini öyrənib.
Tacxeber.az Lent.az-a istinadən bildirir ki, qəzetin yazdığına görə, Tuxel “Mançester Yunayted”dən portuqaliyalı hücumçu Kriştiano Ronaldonu almaqdan qəti şəkildə imtina edib və onun bu qərarının motivlərini açıqlamalı olmasından əsəbiləşib. Bu mövqe “Çelsi”nin sahibi Todd Boeliyə xoşuna gəlməyib. Bildirilir ki, alman mütəxəssis bu mövsüm transfer qərarlarının verilməsində artan məsuliyyətdən də narazı qalıb.
***
Çempionlar Liqasının ilk turu daha bir baş məşqçisinin istefası ilə nəticələnib.
Apasport.az saytının məlumatına görə, “Çelsi” Tomas Tuxeli istefaya göndərib.
Zaqreb “Dinamo”suna məğlubiyyət almaniyalının London klubunda son matçı olub. Bu, Tuxelin “Çelsi”də həm də yubiley – 100-cü görüşü idi.
2021-ci ilin yanvarından “göylər”ə rəhbərlik edən mütəxəssis komandaya Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionluğunu qazandırıb.
Qeyd edək ki, “Çelsi” “Dinamo”ya 0:1 hesabı ilə uduzub.