Çin 10 sərnişin daşıya bilən ilk PUA-nı təqdim etdi
Çin Anhoy əyalətindəki “Wuhu Aviation” Sənaye Parkında yeni “Zhang Ying R6000” pilotsuz uşuş aparatının (PUA) ilk hazır prototipini təqdim edib.
Tacxeber.com xəbər verir ki, bu barədə TWZ nəşri məlumat yayıb.
Məlumata görə, “Zhang Ying R6000” layihəsi 2024-cü ilin əvvəlində Sinqapur Aviasiya Sərgisində nümayiş etdirilib.
Nəşrin məlumatına görə, “Zhang Ying R6000” pilotsuz uçuş aparatının sürəti saatda 550 kilometr olacaq.