• 24 Noyabr 2024 00:41

“Mənə yaşayış yerindən arayış lazımdır…” – Yeni binalarda sənəd problemi: Arayışı kim verməlidir?

 

Yeni tikilən binalarda yaşayan sakinlər yaşayış yerindən arayış tələb olunan zaman ciddi çətinliklərlə üzləşir. Mənzil İstismar Sahəsinin (MİS) tabeliyində olan binalarda bu problem yoxdur. Lakin yeni tikililərə köçmüş sakinlər bir çox hallarda yaşayış yerindən arayış almaq üçün üz tutduqları komendantlardan rədd cavabı alırlar. Yəni belə bir səlahiyyətin onlara aid olmadığını bildirərək sadəcə müraciətləri cavabsız qoyurlar. 

 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert, Ramil Osmanlı bildirib ki, komendatların təyinatı qeyri-qanuni olduğu üçün onların arayış vermək səlahiyyəti yoxdur:

 

“Hansı bina və obyektlərdə çıxarış varsa, həmin sənədin özü yaşayış yeri haqqında arayışdır. Əslində, mülkiyyəti təsdiq edən sənəd olduğu halda, arayışa ehtiyac qalmamalıdır. Komendant məsələsinə gəlincə, təəssüf ki, onları MTK-lar (Mənzil Tikinti Kooperativi) qeyri-qanuni formada idarəetmə prosesinə calayır. Amma komendantların hüquqi statusu bəlli deyil, odur ki, onlar haqlı olaraq bu cür arayışları vermir”.

 

Ekspert qeyd edib ki, zəruri hallarda binanı tikib istismara verən tikinti şirkəti yaşayış yerindən arayış verə bilər:

 

“Ancaq bina qeydiyyata alınmayıbsa, sakinlərə arayışı MTK verməlidir. Onların belə bir hüququ var. Sadəcə MTK-ların vətəndaşlara yanaşma tərzi bir qədər fərqlidir. Məsələn, çıxarışı olmayan və müqavilə ilə verilən mənzil üçüncü tərəfə satılmaqla, alğı-satqı predimentinə çevrildikdə, məsələ çox qəlizləşir”.

Tacxeber.com

Oxşar xəbərlər