• 20 Oktyabr 2024 02:24

“Rusiya “qiyamət silahları”nı ona görə nümayiş etdirir ki…”

“Rusiya Qərbin Ukraynaya dəstəyinin artmasından narahatdır və “qiyamət sialhları”nı nümayiş etdirməklə bu dəstəyi dayandırmaq istəyir”.

 

Bu iddia ilə ABŞ hərbi nəşri çıxış edib. Nəşr iddia edir ki, Rusiya Qərbi Ukraynaya dəstəkdən çəkindirmək, bu dəstəyin “mənasız” olduğu fikrini təlqin etmək üçün tez-tez nüvə arsenalını yada salır. Kreml hesab edir ki, indiki situasiyada məhz nüvə faktoru Qərbin Ukraynaya nəhəng yardımlarının qarşısını ala, ABŞ və Avropanın anti-Rusiya siayasətini əngəlləyə bilər.

 

Qeyd edək ki, Rusiya dünyanın ən böyük atom arsenalına malikdir. Rusiya son illər bir neçə yeni nəsil raketlər istehsal edib ki, bu raketlər nüvə başlığı daşımağa qadirdir.

 

Xatırladaq ki, Rusiya 1987-ci ildə qüvvədən düşmüş ABŞ-SSRİ müqaviləsi ilə qadağan edilmiş yerüstü orta mənzilli raketlərin istehsalına başlayacağını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər