• 24 Noyabr 2024 06:01

Putinin COP29-da iştirak üçün Bakıya gəlməyəcək

Rusiyanın Baş nazir səviyyəsində təmsil olunacağı deyilir.

 

Rusiya Prezidenti Vladimir Putinin BMT-nin noyabrda Bakıda keçiriləcək COP29 iqlim konfransında iştirak etmək üçün Bakıya gəlməyəcəyi bildirilir.

 

Bu barədə BBC-yə Azərbaycan hökumətindəki mənbə məlumat verib.

 

O, Rusiyanı tədbirdə Baş nazirin təmsil edəcəyini deyib. Mənbə, eyni zamanda, Azərbaycan tərəfindən Putinə də dəvət göndərildiyini təsdiqləyib. Ukrayna Qərb ölkələrini Putinin konfransa qatılacağı təqdirdə COP29 sammitini boykot etməyə çağırıb.

 

Bu barədə Ukraynanın yüksək səviyyəli diplomatlarından biri “Politico”ya danışıb.

Ukraynanın Avropa İttifaqındakı (Aİ) səfiri Vsevolod Çentsov da müsahibəsində bunu təsdiqləyib:

“Biz bu təzyiqi göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdırlar ki, əgər Putin oradadırsa, onlar gəlməyəcəklər”.

 

Çentsovun çağırışı Kremlin Putinin səfəri ilə bağlı açıqlamasından sonra edilib.

Kreml Rusiya Prezidenti Vladimir Putin noyabrın 11-də BMT-nin Azərbaycanın paytaxtı Bakıda baş tutacaq iqlim toplantısında iştirak etməyi düşündüyünü açıqlayıb.

Amma Kremlin sözçüsü Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında: “Hələlik qərar verilməyib”, – deyib.

Tacxeber.com

Oxşar xəbərlər