• 20 Oktyabr 2024 03:46

Kanadada siqaret istifadəçilərinə 23,6 milyard dollar məbləğində kompensasiya ödəniləcək.

Philip Morris, British American Tobacco və Japan Tobacco Kanadada uzun sürən məhkəmə çəkiçməsindən sonra 32,5 milyard Kanada dolları (təxminən 23,6 milyard ABŞ dolları) pul ödəyəcəklər.

 

Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, dünyanın üç ən böyük tütün şirkəti Kanadada siqaret çəkənlərin sağlamlığına vurulan zərərə görə 23 milyard ABŞ dollarından çox kompensasiya ödəycəklər. Söhbət Philip Morris, British American Tobacco və Japan Tobacco şirkətlərindən gedir.

 

Xəbərdə o da bildirirlir ki, 32,5 milyard Kanada dolları (təxminən 23,6 milyard ABŞ dolları) məbləğində vəsait uzun sürən məhkəmə prosesinin həlli üçün ödəniləcək. Bu da ABŞ istisna olmaqla, dünyada tütün istehsalçıları tərəfindən ödənilən ən böyük kompensasiya məbləğidir.

 

Kompensasiya almağa 1950 və 1998-ci illər arasında tütün asılılığı yaranmış şəxslər və yaxud onların vərəsələri iddia edə bilərlər. Bundan başqa, Kanadanın vilayət və ərazi hökumətləri də ödənişlərdən faydalanacaq.

 

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hər il Avropada təxminən 2,7 milyon insan tütün və alkoqol səbəbindən dünyasını dəyişir.

Tacxeber.com

Oxşar xəbərlər