• 24 Noyabr 2024 20:57

“Qərb raketləri çox bahadır, qoy dronlar buraxsınlar” – Pentaqon rəhbəri

“Ukrayna dronları Rusiyanın dərinliklərinə zərbələr məsələsini həll etmək üçün kifayət qədər effektlidir…”

 

Rusiyanın dərinliklərinə zərbələr endirilməsində Ukrayna özünün istehsal etdiyi pilotsuz uçuş aparatlarına bel bağlamalıdır, çünki Qərb raketləri həddən artıq bahadır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin brifinqdə bəyan edib. Məlumatı “5.ua” nəşri yayıb.

 

O, qeyd edib ki, bundan öncə Ukrayna belə zərbələr, o cümlədən Rusiyanın strateji döyüş sursatları anbarlarına zərbələr zamanı öz dronlarının effektiv olduğunu nümayiş etdirib.

 

“Onlar Ukraynada bu dronları istehsal etməyə və bu istehsalı artırmağa qadirdir. Bu dronlar özünün çox effektli və dəqiq olduğunu göstərib. Bir faktı da nəzərə almaq lazımdır ki, bəzi hallarda bir yüksək dəqiqli idarəedilən raketin dəyəri növündən asılı olaraq bir milyon dollara yaxındır. Onlar daha az dəyəri olan çoxlu sayda dron istehsal edə bilər. Ona görə də döyüş meydanında yaradılan balans və effektə nəzər salsaq, düşünürəm ki, bu, əla imkandır”, – Ostin bəyan edib.

 

Pentaqon rəhbəri qeyd edib ki, ukraynalılar öz dronlarından lazım bildikləri kimi istifadə edə bilər.

 

Rusiyanın dərinliklərinə zərbələr problemi

 

Xəbər verildiyi kimi, Ukrayna artıq bir çox aylar ərzində Rusiyanın dərinliklərinə zərbələr endirilməsi üçün Qərb raketlərinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına çalışır.

 

Sentyabr ayında prezident Zelenski bu məsələni yenidən ABŞ rəhbərliyi ilə müzakirə edib.

 

Briyaniya jurnalistlərinin fikrincə, Böyük Britaniyanın yeni baş naziri Kir Starmerin yanlışlığı olmasaydı, Ukrayna Britaniyanın “Storm Shadow” raketlərindən istifadə edə bilərdi.

 

Onun özü məhdudiyyətlərin götürülməsinin əleyhinə deyil, lakin sadəlövhlüyündən Baydendən bunun əleyhinə olub-olmadığını soruşub. Və Ağ Ev buna öz vetosunu qoyub.

 

Britaniyalı jurnalistlər hesab edir ki, Starmer icazə istəmək əvəzinə, ABŞ-ı fakt qarşısında qoymalı idi.

Tacxeber.com

Oxşar xəbərlər