Litvada 50 yaşlı kişi Müdafiə Nazirliyinin binasını yandırdı
Vilnüs polisi Litva Müdafiə Nazirliyinin binasında yanğın törətməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü şəxsi saxlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə “Diena” portalı hüquq-mühafizə orqanının nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, saxlanılan kişi özünü nalayiq şəkildə aparıb.
Litva Müdafiə Nazirliyinin binasının birinci mərtəbəsində yanğın oktyabrın 19-da axşam saatlarında başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına görə, istifadə olunmayan taxta giriş qapısı yandırılıb.