Rusiyanın С-400 raket sistemi Amerikanın F-35 qırıcı təyyarəsini vura bilərmi?..
“Məsələnin mahiyyəti C-400 raket sistemlərinin radarlar imkanlarının F-35 qırıcılarının gizli xüsusiyyətləri ilə müqayisəsindədir…”
Rusiyanın “C-400” hava hücumundan müdafiə raket sistemi ilə Amerikanın “F-35” gözəgörünməz qırıcı təyyarəsinin imkanları ətrafında debatlar hərbi və geosiyasi dairələrdə xeyli diqqət çəkib.
Bu barədə “agogs.sk” nəşri yazıb.
“C-400” raket sistemlərinin F-35 qırıcılarına effektiv şəkildə hədəflənib məhv edə bilməsi məsələsi texnologiyalar, taktika və hərbi strategiyanın mürəkkəb qarşılıqlı əlaqəni özündə ehtiva edir.
C-400 “Триумф” (“Zəfər”) Rusiya istehsalı olan, çoxsaylı funksiyaya malik, müxtəlif hava təhlükələri ilə mübarizə üçün nəzərdə tutulmuş müasir zenit-raket sistemidir.
Bu sistem müxtəlif hündürlük və məsafələrdə uçan təyyarələrə hədəflənə bilən bir neçə növ raket buraxmaq qabiliyyətinə malikdir.
Sistem ənənəvi təyyarələr, pilotsuz uçuş aparatları və ballistik raketlərə qarşı özünün səmərəli olmasına görə yüksək qiymətləndirilib. Onun operativ radiusu istifadə edilən raket növündən asılı olaraq 400 km-dən çox ola bilər.
F-35 Lightning II beşinci nəsil çoxhədəfli qırıcı təyyarədir, onun radiolokasiya en kəsiyinin minimallaşdırılmasına yönələn müasir texnologiyalarla təchiz edilib.
Belə gözəgörünməzlik qabiliyyəti onun ənənəvi radiolokasiya sistemləri ilə aşkar edilməsi və izlənilməsini xüsusilə çətinləşdirir.
Bu təyyarə həmçinin müasir sensorlar və radioelektron mübarizə sistemlərinim özündə inteqrasiya edir, bu da havada üstünlükdən yerüstü hədəflərə zərbələrədək geniş missiyaları icra etməyə imkan verir.
Məsələnin mahiyyəti C-400 sistemlərinin radarlar imkanlarının F-35 qırıcılarının gizli xüsusiyyətləri ilə müqayisəsindədir. C-400 müxtəlif radiolokasiya sistemləri, o cümlədən 92H6E radarı və uzaqvuran radiolokasiya radarı ilə təchiz edilib, onlar eyni zamanda bir neçə hədəfi aşkar edib izləyə bilir.
Lakin F-35 kimi gözəgörünməz təyyarənin məhv edilməsi unikal problemlər yaradır. Bu, F-35 təyyarənin yerüstü radarlarla aşkar edilməkdən yan keçməyə imkan verir, bu da C-400 sisteminin təyyarəni effektli şəkildə ələ keçirmək imkanını çətinləşdirir.
Hərbi analitiklərin əksəriyyəti güman edir ki, C-400 sisteminin F-35 təyyarələrini müəyyən şəraitdə, xüsusilə özünün optimal gizliliyi profilindən kənarda fəaliyyət göstərəcəyi halda uğurla məhv edilməsi şansları heç də tam zəmanətli deyil.
Operativ şərait, o cümlədən radioelektron maneələr və pilotların taktiki ustalığı bu dinamikada həlledici rol oynayır. F-35 təyyarəsi elektron küy və müqavimət siqnalları üçün özünün müasir sistemlərindən istifadə edə bilər, bu da C-400 tərəfindən izləmə və hədəflənməni daha da çətinləşdirir.
Bundan başqa, strateji mülahizələr də önəmlidir. Hər iki sistemin yerləşdirilməsi və operativ taktika, yəni onların necə və harada istifadə edilməsi onların qarşılıqlı əlaqəsi ehtimalına əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
F-35 təyyarələrinin şəbəkə müharibələrində imkanları vəziyyətdən məlumatlılığın və koordinasiyanın daha yüksək səviyyəli missiyalarını icra etməyə imkan verir.
C-400 sisteminin mürəkkəb imkanlarına və bu səbəbdən dünyada ən qorxulu HHM sistemi olmasına rəğmən, onun F-35 qırıcısını vurmaq qabiliyyəti qeyri-müəyyən olaraq qalır.