İsrail “Hizbullah”a hücuma hazırlaşır
İsrail ordusunun sözçüsü admiral Daniel Hagari ölkənin hərbi hava qüvvələrinin Livandakı “Hizbullah”a bağlı bank və maliyyə qurumlarına qarşı kütləvi hücumlar həyata keçirəcəyini açıqlayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Hagarinin sözlərinə görə, bu mərkəzlərin yaxınlığındakı Livan sakinləri üçün tezliklə təxliyə əmrləri gözlənilir.
Hücumlar İsrailin “Hizbullah”ın maliyyə resurslarını və infrastrukturunu zəiflətmək strategiyasının bir hissəsidir.