Lunatizm nədir?
Lunatizm insanın yuxu vəziyyətində durub ətraf mühitdə gəzməsidir. Bu hal 4-8 yaş arasında uşaqlarda çox yayılıb. Bu bir xəstəlik deyil. İnsanlarda necəki yuxuyagetmə problemi olur, bu insanlarda da yuxudan oyanma problemi olur.
Tacxeber.com immunitet.az-a istinadən bildirir ki, иu narahatçılığın əlamətləri aşağıdakılardır.
• Bu adamların gözləri tam olaraq açıq və baxışları sabit olur;
• Üzdə hər hansı bir ifadə olmur;
• Adama verilən suallara cavab vermirlər, ya da məntiqsiz cavablar verirlər;
• Ətrafda olan əşya və insanlara qarşı diqqətsiz olurlar;
• Yuxuda olurlar, amma oyaq kimi görünürlər;
• Ətrafda dolaşır və hər hansı bir işlə məşğul olurlar;
• Oyandırıldıqları zaman başı bulanıq olur;
• Yuxudan oyandıqda yuxuda olanları xatırlamırlar.