• 24 Noyabr 2024 12:24

“Ərazi problemi Ukrayna üçün prioritetdə deyil” – V. Zalujnı

“Ərazilər məsələsi Rusiya ilə münaqişənin həllində Ukrayna üçün prioritet deyil”.

Bunu Ukraynanın Böyük Britaniyadakı səfiri, Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, Ukrayna üçün ərazi məsələsindən daha çox təhlükəsizlik təminatları vacibdir:
“Mən əraziləri demədim. Mən təhlükəsizlik və öz evimdə rahat olmaq hissindən danışırdım. Öz evimdə yaşasaydım və qonşumun bağımın bir hissəsini mənimsədiyini bilsəydim, deyərdim ki, biz bu məsələni həll etməliyik. İndi etməsək, uşaqlarımız həll etməli olacaq”.

Nəşr qeyd edib ki, Zalujnının bəyanatları əvvəllər bütün itirilmiş əraziləri qaytarmadan sülhə nail olmağın mümkünsüzlüyündə təkid edən Ukrayna hakimiyyətinin ritorikasının dəyişdiyini göstərir.

Tacxeber.com

Oxşar xəbərlər