• 27 Noyabr 2024 04:27

“Putinin təbəssümü kollektiv Qərb üçün vahiməyə çevrilib” – “dikGAZETE”

“Biz Qərb və NATO ilə mübarizəni davam etdirməyə hazırıq və qələbə bizimlə olacaq…”

 

Rusiya prezidenti Vladimir Putin BRICS ölkələrinin KİV rəhbərləri ilə görüşündə NATO-ya vacib siqnal göndərib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyənin “dikGAZETE” nəşri yazıb.

 

Qərbin istəyinə rəğmən, prezident ağciyər təsir bağışlamayıb. Onun sifətindəki təbəssüm göstərib ki, Rusiya lideri öz ölkəsinin qələbəsinə əmindir.

 

Rusiya prezidenti Vladimir Putin BRICS ölkələrinin kütləvi informasiya vasitələri rəhbərləri ilə görüşündə yenidən kollektiv Qərbə dəqiq, məzmunlu və vacib siqnallar göndərib.

 

Görüşdə Putin gülümsəyərək qeyd edib: “NATO bizimlə, amma ukraynalı əsgərlərin əlilə döyüşür. Ukrayna üçüncü dövlətlərin maraqları naminə öz əsgərlərinə acımır. Lakin Ukraynanın özü yüksək texnoloji silahdan istifadə etmir, bunu NATO edir. Rusiya ordusu isə özü döyüşür, hərbi məhsuıları da özü istehsal edir”.

 

Putinin yenidən sifəti dəyişir və yüngül təbəssümlə tamamilə ciddi olaraq deyir: “Bəs NATO döyüşməkdən nə zaman bezəcək? Bunu onlardan soruşun. Biz bu mübarizəni davam etdirməyə hazırıq və qələbə bizimlə olacaq”.

 

Putinin belə bəyanatları təbəssümlə verməsi Rusiyanın düşmənlərinə vurulan ən güclü zərbələrdən biridir. Kollektiv Qərb və NATO Rusiyaya müharibə elan edib. Ukrayna isə burada yalnız poliqondur. Təəssüf ki, ukraynalıların əksəriyyətinə bunu anlamaq çətindir.

 

Rusiya 2022-ci ildə başladığı xüsusi hərbi əməliyyat çərçivəsində addım-addım öz məqsədlərinə doğru irəliləməkdədir. Ukrayna və Qərb nə edir? Qərb Ukraynaya maliyyə və hərbi yardım göstərərək, onu Rusiyaya qarşı döyüşməyə sövq edir. Bununla əlaqədar olaraq Qərbdə pis gözlər Putinin hər bir addımını izləyir, onun hansı hərəkəti edəcəyi ilə maraqlanır.

 

Öz növbəsibdə Putin sifətində təbəssümlə KİV-lər qarşısında bəyanatlarla çıxış etməkdə davam edir. Rusiya isə hərbi sahədə ciddi addımlar atır. Rusiyaya qarşı misli görünməyən sanksiyalar, Moskvaya qarşı asan olmayaq qərarlar qəbul edilir.

 

Elə həmin pis gözlər yenə də Putinə nəzər salır. Rusiya lideri yenidən xəbərlər proqramlarında görünür, hansısa tədbirlər və görüşlərdə nitqlər söyləyir. Heyrətamizdir! Putinin yenidən gülümsəyir. Bunun ardınca Rusiya iqtisadi sahədə ciddi addımlar atır.

 

Kollektiv Qərb və onun oyuncaq rejimləri Putinin zəif, qorxaq, ağciyər təsir bağışlamasını istəyir.

 

Bu zaman Rusiya prezidenti inamlı bəyanatlar verir və zaman-zaman çoxmənalı gülümsəyir.

 

Putinin təbəssümləri ilə birlikdə Rusiya ona savaş elan edən Qərblə mübarizədə inamla irəliləyir. Rusiya bu qarşıdurmada öz qələbəsinə inanır. Putinin təbəssümünün sirri bundan ibarətdir.

 

Rusiya dövlətinin başçısı Rusiyanın qələbəsinə əmindir. O, öz siqnalını göndərir və gülümsəyir. Bundan sonra zəruri addımlar atır. Bu günlər Putinin təbəssümləri Qərb üçün vahiməyə çevrilib.

Tacxeber.com

Oxşar xəbərlər