• 25 Noyabr 2024 19:42

Soyuq havanın TRENDİ – Bəh-bəhlə yediyimiz xəngəlin ZƏRƏRLƏRİ

Havalar soyuyan kimi yada nədənsə xəngəl yemək düşür…Yaxın dost-tanış, hətta doğmalar xəngəl yemək üçün restoranlara üz tutur, soyuqluqlarını sanki bu qida ilə dəf etməyə təsəlli tapırlar. Hətta bu adət trendə də çevrilib. Xəngəl üçün restorana gedənlər, o anı xatirəyə də çüvirib, öz sosial hesablarında belə bölüşməyə çəkinmirlər. Amma xəngəlin zərərlərindən xəbərsizdirlər.

 

“Xəngəli içki ilə bərabər qəbul etmək olmaz”

 

Qida eksperti Məhsəti Hüseynova Bizim.Media-ya açıqlamasında xəngəlin spirtli içki ilə bərabər qəbul edilməsini yolverilməz hesab edir.

 

Onun sözlərinə görə xəngəl daha artıq kalori olaraq insan orqanizminə qəbul olduğuna görə, piylənməyə, yağlanmaya, eləcə də daxili orqanların həddindən artıq yüklənməsinə səbəb olur:

 

“Bu da həm həzm, həm də mədə bağırsaq sistemini pozur. Xəmir yeməkləri uzun müddət bağırsaqlarda yapışıb qaldığına görə bağırsaq daşlarına çevrilir. Əsasən də xəmir yeməklərinin tərkibində qluten olduğuna görə, bu şişkinliyə səbəb olur. Bəzən xəngəl qəbul edərkən həddən artıq çox yağda qovrulmuş soğan, ət qovurması olur ki, bu zaman da xəngəlin kalorisi iki-üç qat artır. Çox yeyilməsi qaraciyər yağlanmasına gətirib çıxara bilər. Yaxşı olar ki, xəngəli günorta saatlarında, 150-200 qramı keçməmək şərti ilə və mənşəyi bəlli olan yağda bişirilməsinə diqqət etmək lazımdır”, – deyə mütəxəssis məsləhət verib.

 

Bəs xəngələ bu qədər tələbat haradan yarandı?

 

Yarpaq xəngəli həmişə Azərbaycan mətbəxində var idi. Xəngəl xəmir xörəyi olduğu üçün əsasən qış aylarında yeyilməsinə üstünlük verilir. Amma restoranların qarşısında olan sıranın əsas səbəbi məkanların xəngəlləri set şəklində vermələridir. Burada təkcə yarpaq xəngəli yox, həm də gürcü xəngəli yer alır. Cibə də sərfəli olduğu üçün payız aylarından etibarən insanların görüş yeri xəngəl seti təqdim edən restoranlar olur.

Tacxeber.com

Oxşar xəbərlər