Ət əvəzinə dil və qaraciyər yeyin – Superqidanın sirləri
Rusiyanın keyfiyyətə nəzarət qurumu Rospotrebnadzor əhalini mal dili və qaraciyəri yeməyə çağırıb.
Tacxeber.com xəbər verir ki, mütəxəssirlər bu ət məhsullarının daha vitaminli olduğunu bildirib.
Qaraciyər qırmızı ətdən daha dadlı və faydalıdır. Onun güclü aminturşu tərkibi əzələ kütləsinin və qanın artmasına səbəb olur.
Dil ətində isə zülal, protein, yağlar, B qrupu vitaminləri boldur.
Mal ürəyində 6 dəfə çox B qrup vitamini, dəmir var.
Eləcə də toyuq qaraciyəri və ürəyində A, E, PP və B vitaminləri çoxdur.
Subqidalar içində birinci yerdə mal dili, qaraciyəri, ürəyi, böyrəyi gəlir.
İkinci yerdə heyvanın başı, ayaqları, quyruğu gəlir.