• 24 Noyabr 2024 16:01

Bakını yağışa təslim olur. Eldar Əzizov: “Axşam yığışıb təhlil edəcəyik…”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə şəhərin meri, jurnalislərə bildirib.

 

O bildirib ki, normadan artıq yağıntı olub.

“İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, – Eldar Əzizov vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər