• 22 Noyabr 2024 10:13

“Mənim ətrafım gecə klublarına getmir” – Qurban Qurbanovdan sabiq futbolçusuna cavab

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov keçmiş futbolçuları Raydell Puponun fikirlərinə münasibət bildirib.

 

Pupon Niderland mediasına müsahibəsində deyib ki, Qurban Qurbanov həddən artıq tələbkardır, hətta gecə klublarında xüsusi adamları var ki, futbolçulara nəzarət etsin.

 

“Ayaks”la (Niderland) Avroliqanın oyunu öncəsi bu gün təşkil edilən mətbuat konfransında Q.Qurbanova bildirib:

 

“Klubda ən məsuliyyətli şəxs mənəm. Çünki məndən çox şey asılıdır. Biz təbii ki, tələbkar olmalıyıq. Amma bunu elə formada edirik ki, futbolçu küsməsin. Biz futbolçunu başa salırıq ki, bəzi halların ona hansı ziyanı ola bilər. Mənim elə də ətrafım yoxdur ki, gecə klublarında olsun. Yəni mənim ətrafım elə yerlərə getmir. Pupon çox maraqlı insan idi. Gələndə çəkisi çox idi. Amma sonradan buna fikir verdi. Hər bir halda biz futbolçuların şikayətini eşidirik. Bəzən yorğun olduqlarını deyirlər. Amma müəyyən müddətdən sonra anlayırlar ki, bəzi tələblər onların ilboyu formada olması üçün çox faydalıdır. Bu gün gənc futbolçuları yoldan çıxarmaq çox asandır. Ona görə də intizamlı olmalıdırlar. Bu tələblər olmasa, yaxşı nəticə əldə etmək olmaz. Mən görürəm ki, futbolçular futbola daha çox vaxt ayırırlar, nəinki öz ailələrinə. Bizim tələbimiz həmişə çox olmalıdır. Mən futbolçularıma qarşı nə qədər sərt olsam da, onlarla həm də dostam. Onların yanında olmağa hazıram. Futbolçularım da məni çox istəyir və bilirlər ki, onların yaxşılığı üçün çalışıram. Onların uğuru üçün ən çox çalışan və bunu ən çox istəyən şəxs mənəm”. (Qol)

Tacxeber.com

Oxşar xəbərlər