Bol qollu oyunda “Qalatasaray” şətinliklə qalib gəldi
Bu gün Avropa Liqasının Liqa mərhələsində 3-cü tura start verilib.
Tacxeber.com xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Türkiyə çempionu “Qalatasaray” İsveçin “Elfsborq” komandasını qəbul edib. Oyunda 7 qol vurulub. “Qalatasaray” 4:3 hesablı qələbə qazanmaqla xalını 7-ə yüksəldib və ən azı 1 günlük lider olub.
“Braqa” (Portuqaliya) isə “Bude Qlimt”lə (Norveç) qarşılaşıb. Norveç təmsilçisi 90+4-cü dəqiqə qolu ilə vacib qələbə qazanıb.
“Elfsborq” və “Bude Qlimt” “Qarabağ”ın Avroliqadakı gələcək rəqibləridir.
Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.
18:30. “Qalatasaray” (Türkiyə) – “Elfsborq” (İsveç) – 4:3
Qollar:Mauroİkardi, 28 (1:0), İsak Pettersson, 39-avtoqol (2:0), Barış Alper, 44 (3:0), Hult, 52 (3:1), Baydu, 65-pen. (3:2), Yunus Akgün, 83 (4:2), Larsson, 90+2 (4:3)