• 23 Noyabr 2024 06:40

“Çində tənha kişilərə özlərinə Rusiyadan nişanlı axtarmaq təklif edilib”

“Çin qadınlarının narazılığına rəğmən, bəzi “peşəkar elçilər” hətta Rusiya qızları ilə bağlı öz xidmətlərini təklif edir…”

 

“Tək övlad” siyasəti və gəlin üçün “başlığın” baha olması səbəbindən Çində milyonlarla kişi nikaha girə bilmir.

Tacxeber.com xəbər verir ki, bu barədə Qonkonqun “The South Çhina Morning Post” nəşri yazıb.

 

Bu problemi həll etmək üçün başqa ölkələrdən, məsələn, Rusiya, Kamboca və ya Vyetnamdan nişanlı axtarmaq təklif edilir.

Çinin nüfuzlu universiteti professorunun 35 milyon “artıq kişilərin” probleminin həlli üçün beynəlxalq nikahların həbəsləndirilməsi barədə ziddiyyətli təklifi sosial şəbəkələrdə mübahisələrə və hiddətə səbəb olub.

 

Ölkədə mövcud olan demoqrafik problem on il ərzində aparılan “tək övlad” siyasəti ilə bağlıdır. 2020-ci ildə Çində əhalinin yeddinci milli siyahıyaalınmasının nəticələrinə görə, belə siyasət gender nisbətini təhrif edib və kişilərin sayının 34, 5 milyon nəfər artımına səbəb olub.

 

Bundan öncə Çin Mərkəzi Pedaqoji Universireti yanında Kənd Rayonlarının Öyrənilməsi İnstitutunun dərc etdiyi məruzəsində son on ildə kənd oğlanlarının özlərinə həyat yoldaşı axtarışında üzləşdikləri çətinliklərin artdığı barədə müfəssəl məlumat verilir. Əsas səbəblərdən biri kimi nişanlı üçün “başlığın” baha olması və ənənəvi nikahların populyarlığının aşağı düşməsi göstərilir.

 

Syamen Universitetinin İqtisadiyyat Məktəbinin dosenti Din Çanfa əcnəbi qızlarla nikahın bağlanması prosedurunu və onların ölkəyə girişini asanlaşdırmağı tövsiyə edir. Onun sözlərinə görə, Çin kişiləri Rusiya, Kamboca, Vyetnam qadınları ilə evlənmək barədə düşünə bilər.

 

“Çinin kənd yerlərində təxminən 34, 9 milyon “artıq kişi” var, onlar yaşayış evi, avtomobil və nişanlı üçün “başlığın” baha olması səbəbindən nikaha girə bilmir. Bütün sadalananlar 500-600 min yuana (70-84 min dollar) başa gəlir.

 

Ötən il vergiləri ödədikdən sonra Çinin kənd rayonlarında adambaşına düşən orta gəlir 20 min yuandan (2800 dollar) bir qədər çox olub. Bu problemi qismən xaricdən xeyli sayda ləyaqətli gənc qadınları cəlb etməklə həll etmək mümkündür”, – Din deyib.

 

Onun bu fikirləri “on-line” platformalarda neqativ münasibət doğurub. Bir çox qadınlar iddia edir ki, xaricdən gəlin gətirmək insan alverinə bərabərdir, digərləri potensial olaraq dil maneələri və bununla bağlı ailə münaqişələrinin yaranmasından qayğılıdır.

 

Bu ideya kişilərin daha çox xoşuna gəlib, çünki onların əcnəbi qızlardan ev, maşın və “başlıq” tələbi gözləmir, əksinə, onların daha çox əməksevər və xeyirxah olacağını düşünür. İstifadəçilərdən biri yazıb:

“Beynəlxalq nikahlara imkan verilməsi “Tesla”-nın Çin bazarına çıxmasına, bununla da rəqabətin güclənməsi, keyfiyyətin yaxşılaşması və istehlakçı üçün qitmətlərin aşağı düşməsinə səbəb olacaq icazə verilməsinə bənzəyir.

 

Buna analoji olaraq beynəlxalq nikahlar əcnəbilərə Çinin açıq bazarına çıxmağa, hər kəsə öz qabiliyyətinə güvənərək rəqabət aparmağa imkan verəcək, bununla da nikaha girmək şansını artıracaq və doğum göstəricilərini yüksəldəcək”.

Çində kişilər getdikcə xarici qadınlarla daha tez-tez nikaha girir. Bəzi peşəkar elçilər hətta Rusiyadan qızlarla bağlı öz xidmətlərini təklif edir. Bu, iki ölkə arasında demoqrafik bərabərsizliklə bağlıdır. Belə ki, Rusiyada qadınlar, Çində kişilər çoxluq təşkil edir.

 

Maliyyə sahəsində nüfuzlu mütəxəssis, sosial şəbəkələrdə 1, 8 milyondan çox istifadəçisi olan Cinqonqzi deyib: “Cənub-Şərqi Asiya qədim zamanlardan Çinlə sız əlaqələr saxlayır, mədəni baxımdan bir çox ümumi cəhətlər var.

Məsələn, Vyetnamda indiyədək Yeni İl Ay təqvimi ilə bayram edilir. Deməli, Cənub-Şərqi Asiya qadınları Çinə gələndə güclü şok yaşamır. Həm də bu ölkələrdə gəlir çox aşağıdır.

 

Bundan başqa, Cənub-Şərqi Asiya ölkələri fəal şəkildə Çin dilini öyrənir, bu da onların arasında əlaqələri möhkəmləndirəcək, bu da ünsiyyətdə maneələri aradan qaldırmağa kömək edəcək”. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər