• 23 Noyabr 2024 02:08

Saakaşvili azərbaycanlılara səsləndi: Heç nədən qorxmayın!

 

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ölkədə yaşayan azərbaycanlılara müraciət edib.

 

Tacxeber.com xəbər verir ki, o, sosial şəbəkə hesabından Azərbaycan dilində müraciət yayaraq, soydaşlarımızı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə qatılmağa səsləyib.

 

“Mənim əziz həmvətənlərim!

 

Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəlidə birgə görüləcək daha çox işlərimiz var.

 

Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın. “Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək” deyənlərə inanmayın.

 

Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin”, – Saakaşvili bildirib.

Tacxeber.com

Oxşar xəbərlər