• 25 Oktyabr 2024 02:22

3 yaşlı uşaq içərisində 15 min manatlıq qızıl olan çantanı oğurladı – Video

Türkiyədə 3 yaşlı uşaq içərisi qızılla dolu olan çantanı oğurlayıb.

 

Tacxeber.com xəbər verir ki, hadisə İstanbulun Qaziosmanpaşa bölgəsində baş verib.

 

Belə ki, mağazaya alış-verişə gedən bir qadın içərisində 300 min lirə (təx. 15 min manat) dəyərində qızıllar olan çantanı fikirli halda yerə qoyub. Bu zaman arxadan gəlin 3 qadın yanlarındakı 3 yaşlı uşağa çantanı oğurlatdırıb.

 

Çantanın sahibi Özlem Barçının həyat yoldaşı bildirib ki, çantanın içərisində arvadına məxsus 3 bilərzik, bir qram və yarım qramlıq qızıllar, cib telefonu və nağd pul olub.

 

Həmin anlar mağazadakı təhlükəsizlik kameralarına düşüb.

 

Oxşar xəbərlər