Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq – Biabırçılıqdır!
“Azərbaycanda sosial şəbəkələrdə əxlaqsızlıq tətbiq olunur, bu biabırçılıqdır”.
Tacxeber.com xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında sosioloq Mail Yaqub sosial şəbəkələrdə olan problemləri şərh edərkən bildirib. O qeyd edib ki, həmin məsələ barədə ciddi tədbirlər görülməlidir:
“Belə görünür ki, ümumiyyətlə, sosial şəbəkələri birmənalı olaraq bağlamaq çox müşkül məsələdir. Məsələn, “İnstagram”da çoxlu biznes əməliyyatları həyata keçirilir. Əksər insanlar bundan yararlanırlar. Əgər həmin platforma bağlanılsa, bunun nəticələri acı olacaq. “TikTok”un da həmçinin, müsbət cəhətləri ola bilər. İnsanlar fikir mübadiləsi aparırlar, yaxud hər hansı şəxsi bizneslərini həyata keçirirlər. Amma Azərbaycanda çox təəssüf ki, sosial şəbəkədə konkret olaraq əxlaqsızlığı yayan ünsürlər var. Bu göz qabağındadır. Biabırçılıqdır!”.
Ekspert hüquq-mühafizə orqanlarının bu problemi həll etməkdə çox böyük rolu olacağını düşünür: