“İndi Rusiya özü nəhəng problemə çevrilib”.
Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya gözlənilməz bağlılığı Qərblə əməkdaşlığın üstündən necə xətt çəkdiyini göstərir.
Bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Qeyd olunub ki, Rusiya Federasiyasının Pxenyanın nüvə ambisiyalarını cilovlamaq üçün ABŞ və Çin də daxil olmaqla, geniş koalisiya ilə əməkdaşlıq etdiyi günlər geridə qalıb.
“Bu, Rusiya siyasətində böyük dəyişiklikdir. Əgər əvvəllər Rusiya problemli ölkələrlə münasibətlərdə Qərbin faydalı tərəfdaşı kimi çıxış edirdisə, indi özü nəhəng problemə çevrilib”, – bunu Berlində yerləşən Karneqi Avrasiya Mərkəzinin Rusiyanın Asiya ilə əlaqələri üzrə eksperti Aleksandr Qabuyev nəşrə açıqlamasında bildirib.