İranda din xadimi öldürüldü – Eyni şəhərdə ikinci qətl
Bu gün İranın Kazerun şəhərində Cümə namazı qıldıqdan sonra bu şəhərin imam-cüməsi höccətül-İslam Məhəmməd Səbahi qətlə yetirilib.
Tacxeber.com shahraranews-a istinadla xəbər verir ki, sui-qəsddən dərhal sonra qatil intihar edib.
Kazerunun imam-cüməsi xəstəxanaya aparıldıqdan sonra dünyasını dəyişib.
Hücumun motivi hələlik müəyyən edilməyib.