• 25 Noyabr 2024 00:28

Ürək dayandıqdan sonra beyin ölümünü gecikdirməyin yolu tapıldı

Çinli alimlər qan dövranı dayandıqdan təxminən bir saat sonra donuzlarda beyin aktivliyini bərpa edə biliblər.

 

Tacxeber.com oxu.az-a istinadən bildirir ki, bu barədə “Svejesti” “Telegram” kanalı xəbər verib.

 

Alimlərin sözlərinə görə, ürəyin qəfil durması qan dövranının sürətlə dayanmasına səbəb olur. Proses bir neçə dəqiqə çəkəndə orqanlarda, xüsusən də beyində bərpa olunmayan zədələr yarana bilər. Ona görə qan dövranı dayandıqdan sonra həkimlərin beyin zədələnmələrindən əvvəl uğurlu reanimasiya üçün yalnız bir neçə dəqiqəsi olur. Yeni tədqiqat göstərir ki, bu vaxtı əhəmiyyətli dərəcədə artırmaq olar.

 

Tədqiqatçılar beyinin aktivliyinin bərpasında qaraciyərin əsas rol oynadığını aşkar ediblər. Çinli alimlər zədələnməmiş qaraciyəri (orqanizm tərəfindən qanı təmizləmək üçün istifadə olunan orqanı) müəyyən vaxtdan sonra beyini dirçəltmək üçün istifadə olunan həyat dəstək sisteminə qoşublar və inanılmaz nəticələr əldə ediblər.

 

Beləliklə, gələcəkdə ürək dayanmasından sonra xəstələrin sağ qalma şansları əhəmiyyətli dərəcədə yüksələ və sağalma nəticələri yaxşılaşa bilər.

Tacxeber.com

Oxşar xəbərlər