Uzman həkimin “heç vaxt yemərəm” dediyi qidalar – Siyahı
Son zamanlar sağlam qidalanma ilə bağlı tez-tez açıqlamalar verən mütəxəssislər, qablaşdırılmış qidaların istehlak edilməməsi lazım olduğunu vurğulayırlar.
Tacxeber.com “haber7”yə istinadla xəbər verir ki, amerikalı həkim Cessika Kiss heç vaxt yemədiyi 5 qidanı açıqlayıb və səbəbini izah edib.
1.Təkrar-təkrar qızdırılmış plov
Düyü qızdırıldıqdan sonra zəhərlənməyə səbəb ola bilər. Əslində zəhərlənməyə səbəb düyünün yenidən qızdırılması yox, düzgün şəraitdə saxlanmamasıdır.
Dr. Kiss izah edir ki, qaynadılmış düyü bir müddət otaq temperaturunda qaldıqda bu qidada çox təhlükəli bakteriyalar yaranır və qızdırıldıqda bu bakteriyalar aktivləşir.
2. Üstü açıq şəkildə satılan ərzaqlar və piknik yeməkləri
Uzun müddət açıqda qalan yeməklərdə qida mənşəli yoluxucu xəstəlik riski çox yüksəkdir.
3. Tərkibində qida boyası olan ərzaqlar
Bu bədəniniz üçün heç də yaxşı olmaya bilər.
4. Əzilmiş qutuda olan yeməklər
Həkim qutuları zədələnmiş konservlərdə botulizm riski olduğunu deyir.
5. Qreypfrut
Yumşaq qreypfrut və ya kiflənmiş qreypfrut yox, ümumiyyətlə qreypfrut.
“Qreypfrut yemirəm, çünki bir çox dərmanlar qreypfrutla qarşılıqlı təsirdə olur” – həkim bildirib.
Bu yaxınlarda aparılan bir araşdırma çox işlənmiş (emal olunmuş) qidaları istehlak edən insanların ölüm riskinin daha yüksək olduğunu üzə çıxarıb. Odur ki, sağlamlığınızı riskə atmamaq üçün süfrənizdən yığışdırmanız gərəkən qidaların siyahısını təqdim edirik.
Ölüm riskini artıran dörd əsas ultra emal olunmuş qida növü bunlardır:
1. Ultra emal olunmuş səhər yeməkləri (məsələn, yarmalar)