• 23 Dekabr 2024 16:04

Azərbaycanlılardan bu cür istifadə əxlaqsızlıqdır – Zurabişvili

Etnik azlıqdan seçkiləri saxtalaşdırmaq üçün istifadə etmək biabırçılıq, biabırçılıq və əxlaqsızlıqdır.

 

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili Marneulidə seçki qurusuna topa bülleten atılması ilə bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.

 

Qeyd edək ki, hadisə Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində baş verib. Bu, azərbaycanlıların kəndidir. Hazırda orada səsvermə prosesi dayandırılıb.

 

MSK hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər