• 23 Dekabr 2024 18:13

Paşinyanın Əliyevə baxışı gündəm oldu: “Ərdoğanla görüşdə də…”

 

“Ermənistanın Baş naziri Nikol Paşinyan Kazana səfəri zamanı bütün toplantılarda deyil, sadəcə BRİKS+ üzrə sammitdə iştirak etdi. Yəni Paşinyan Kazana əslində məhz Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün gedib”. 

 

Tacxeber.com Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Past” qəzetinin məqaləsində qeyd olunur.

 

Qəzet yazır ki, Paşinyanın səfərinin məqsədi sammit çərçivəsində Azərbaycan Prezidenti ilə danışmaq olub:

 

“Baş nazir Kazana İlham Əliyevlə bəzi detalları müzakirə etmək üçün gedib. Onun Azərbaycan Prezidenti ilə fərqli platformalarda görüş imkanı vardı, lakin əvvəllər bundan yayınırdı. Bu dəfə bir araya gəldilər və bu, xüsusilə Nikol Paşinyan üçün arzuolunan idi. İlham Əliyevlə onun Kazanda çəkilən fotolarına baxmaq kifayətdir, hər şey anlaşılır. Paşinyan Əliyevə ört-basdır edə bilmədiyi bir sevinc, xoşbəxtliklə baxır. O, sonuncu dəfə Nyu-Yorkda “Türk evi”ndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə belə xoşbəxt görünürdü”.

Tacxeber.com

Oxşar xəbərlər