Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edib
Gürcüstan Prezidenti Salome Zurabişvili ölkədə keçirilən parlament seçkilərinin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə nəticələnməsinin total saxtakarlıq olduğunu açıqlayıb.
Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə S.Zurabişvili brifinqdə bildirib.
“Bu gün burada ölkədə qalan yeganə müstəqil qurumun rəhbəri kimi demək istəyirəm ki, mən bu seçkiləri tanımıram”, – Zurabişvili bildirib.