İsrail: İran ən azı iki-üç illik imkanlarını itirdi
Oktyabrın 26-da İsrailin hava hücumu nəticəsində İran strateji müdafiə imkanlarından tamamilə məhrum edilib.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrail ordusunun “Galley ÇAXAL” radiostansiyası X (Tvitter) sosial şəbəkəsində bildirib.
Hücum İranın uzaqmənzilli ballistik raketlər arsenalına təsir etməyib. “İranın bütün strateji müdafiə imkanları məhv edilib. Yəni uzaqmənzilli zenit raketlərinin bütün batareyaları”, – mesajda aydınlıq gətirilir.
İsrail ordusunun məlumatına görə, Tehranın sərəncamında yalnız qısa mənzilli sistemlər qalıb. Radiostansiya həmçinin bildirib ki, İran yaxın iki-üç il ərzində strateji “yer-hava” raket imkanlarını itirib.